Bankların verdiyi "borc piroqu"nun hissələri: İNFOQRAM
Azərbaycanda banklar tərəfindən verilən kreditlərin tərkibində biznes kreditləri daha çox paya malik olsa da, hazırda bu göstərici 2020-ci il martın 31-nə olan rəqəmlərlə müqayisədə 122 milyon manat azdır. ENA.az xəbər verir ki, eyni dövrlə müqayisədə əksinə istehlak kreditlərinin həcmi artmaqda davam edir.
Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, istehlak kreditlərinin həcmi ötən bir ildə 115 milyon manat artıb. Eyni zamanda, ipoteka kreditlərində artım dinamikası qalır. Belə ki, ipoteka kreditlərinin həcmi 2020-ci ilin yanvar-may aylarının sonunda 1 milyard 825 milyon manat olmuşdusa, Bu ilin 1 iyuna olan göstəricisinə görə, 2 milyard 163 milyon manata yüksəlib. Bu isə 15,6% artım deməkdir.
Qeyd edək ki, 31.05.2020-ci il tarixinə kredit portfelinin ümumi həcmi 14 milyard 361 milyon manat, 31.05.2021-ci il tarixinə isə 14 milyard 691 milyon manat təşkil edir.
Ümumilikdə kredit "piroqu"nun hissələri isə belədir: