RICH MEDICAL işçi axtarır - VAKANSİYA
Tibbi məhsulların istehsalı sahəsində fəaliyyətə başlayan RICH MEDICAL MMC Texnoloq vakansiyası üçün namizəd axtarışındadır:
İş barədə məlumat:
• İstehsal prosesində təhlükəsizlik qaydalarının riayət olunmasına birbaşa nəzarət etmək;
• Yeni məhsulun istehsalı üçün reseptləri hazırlamaq, hazır reseptlərin üzərində işləyib məhsulun keyfiyyətini artırmaq;
• Məhsulla bağlı hər hansı problem yarandıqda onu sərbəst şəkildə aradan qaldırmaq;
• İstehsal proseslərinin və istehsal rejiminin tənzimlənməsi üçün texniki sənədlərin təhlilini və orada dəyişiklərin aparılmasını təmin etmək;
• Məhsulların istehsalı zamanı onun xüsusiyyət ilə istehsal olunan malların keyfiyyətinə daim nəzarət etmək;
• Yeni xammal və materialların keyfiyyəti və uyğunluğuna nəzarət etmək və onu istehsala tətbiq etmək;
• İstehsal olunan məhsulların tətbiq olunan standartlara cavab verməyinə nəzarət etmək;
• İstehsalda texnoloji hazırlığının mövcud və gələcək planların həyata keçirmək, texnoloji proseslərə ciddi riayət etmək, texnoloji intizam pozuntularını aşkar edilməsinə və onları aradan qaldırılması üçün tədbirlər görmək;
• Şöbənin işçilərinə nəzarət etmək, texnoloji hazırlığı təmin edən bölmələrin fəaliyyətini koordinasiya etmək və idarə etmək, işçilərin peşəkar bacarıqlarını inkişafı üzrə tədbirlər görmək;
• Hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
Namizədə olan tələblər:
• Ali texniki təhsil;
• Müvafiq sahədə ən azı 5 il ərzində mühəndislik və texniki və idarəetmə vəzifələrində iş təcrübəsi;
• Tibbi məhsulların istehsalı sahəsində təcrübəyə malik olmaq;
• Müəssisənin istehsal texnologiyası (cihazlar, avadanlıqlar) ilə iş biliyi və təcrübəsi;
• İstehsalat-texnoloji normativ sənədlərin hazırlanması və icrası üçün qaydalar, təlimatlar və göstərişlərini bilməli;
• Kompüter bilikləri (MS Office);
• Dəqiq, nizam-intizamlı, məsuliyyətli olmalı, prosessləri izləmə bacarığı;
• Liderlik və kollektivlə işləmə bacarığı;
• Operativ, gördüyü işə cavabdehlik;
• Yaş həddi: 30-45 arası;
• İş qrafiki: həftədə 6 gün 09:00-18:00;
• Əmək haqqı: 900-1000 AZN
• Nahar şirkət tərəfindən qarşılanır;
• Nəqliyyat şirkət tərəfindən təmin olunur;
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@richmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.