MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

24 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 65.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Sonuncu hərracda 61.9 mln. dollar valyuta satılmışdı.

Beləliklə, 2021-ci ilin iyun ayının ilk 8 hərracında 386.5 mln dollar həcmində valyuta satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department