Sənaye

Faydalı qazıntı yataqlarının istifadəsinə dair hərrac keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkilini davam etdirir.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ötən gün Əmlak Xidmətləri Məkanında növbəti hərrac keçirilib. Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə hərraca çıxarılıb və 25 ilə qədər müddətə istismara verilib. Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyulda keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca (https://bit.ly/3wUlClF) Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca (https://bit.ly/3j1I4oV ) isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq. Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərraclarda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər.

Yer təkinin istifadəsi ilə bağlı bu il keçirilməyə başlayan hərraclarda 3 faydalı qazıntı yatağı istismara verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department