Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Brendin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Bankın məhsul və xidmətlərinin təşviqi üçün optimal marketinq kommunikasiya kanallarının seçməsində iştirak etmək;
• Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Mövcüd kommunikasiya kanallarının monitorinqini təşkil etmək;
• Bankın məhsul və xidmətlərinin təşviqi üçün tamqiyaslı marketinq kampaniyalarının təşkili;
• Keçirilmiş kampaniyaların effektivliyinin ölçülməsinə dair hesabatın hazırlanması;
• Bank məhsulları haqqında biliklərin olması;
• Bankın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə aktiv fəaliyyət göstərmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
• Yüksək səviyyədə MS Office proqramları biliyi olan;
• Problem həll etmə bacarığı olan;
• Yaradıcılıq və innovasiya bacarığı olan;
• Problem həll etmə bacarığı olan;

• Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Brendin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department