Sığorta

Mərkəzi Bank auditor seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) Banklararası Kart Mərkəzi İnfrastrukturunun “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın aktual versiyasının (1) və “İstifadəçi təhlükəsizliyinə nəzarət konsepsiyası”nın aktual versiyasının (2) 4 il ərzində auditi və müvafiq sertifikatların alınması üçün 2 açıq tender elan edib.

Tenderlərdə iştirak haqqı ayrı-ayrılıqda 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 30-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 9-u, saat 18:00-am qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Fuad Səbziyevdir. Telefon: (012) 493-11-22 (daxili: 177).

Təkliflərə avqustun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)