Neft daha da bahalaşdı - YENİ QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,06 ABŞ dolları və ya 0,08 % artaraq 73,72 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,24 dollar və ya 0,32 % artaraq 75,14 dollar təşkil edib.