"Azərmaş” 2 milyonluq sifariş aldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslər üçün minik avtomobilləri alıb.
Nazirlik bununla bağlı “Azərmaş” MMC ilə müqavilə imzlayıb.
Müqavilənin dəyəri 1 milyon 999 min 200 manatdır.
- Eləcə də bax: Gəncədə elektrobuslar istehsal olunacaq
"Azərmaş” dövlət qurumlarına "Khazar SD" avtomobilini 16500 manata, "Khazar LD" avtomobilini isə 17500 manata satır. Ən aşağı qiymət nəzərə alındıqda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 121 avtomobil alacaqdır.