Vakansiyalar

Bu sahələr üzrə işçilər axtarılır - VAKANSİYALAR

AZAQROTAXIL MMC “Elektrik” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Təhsili: Texniki təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandı);
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
• Etik davranış qaydalarına sahib olmalı
• Diqqətli, məsuliyyətli və cəld
• Komandada işləmək bacarığı
• Gülərüzlü və hörmətcil olmalı

Vəzifə öhdəlikləri:

• Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması.
• Köhnə kabellərin dəyişdirilməsi:
• Elektrik şitinin yığılması, yarımstansiyada işləmək.
• Generatorun qoşulması:
• Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri
• Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
• Müdiriyyətin digər tapşırıqları:

İş şərtləri:

• Ərazi – Ağcabədi rayonu
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 700-800 AZN
• İcbari sığorta

Maraqlananlar öz CV formalarını arzu.kerimova.m@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Elektrik qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

Otomed

Vəzifə: Əczaçı

Əmək funksiyaları:

• Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi;
• Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
• Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
• Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
• Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi;
• Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi;

Tələblər:

• Ali və ya orta ixtisas(Əczaçılıq üzrə);
• Müvafiq sahədə iş təcrübəsi;
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
• Dərman tərkibləri və əvəzedicilər üzrə biliklər olması vacibdir;

Arzu olunan:

• Yüksək səviyyədə kommunikasiya bacarığı;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır;
• Ms Office proqramlarını bilməsi arzu olunandır.

İş barədə məlumat:

• İş vaxtı: 6 gün, saat 2 növbə 09:00-16:00 və 16:00-23:00;
• Əmək haqqı: 300-700 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/kpp1dhkt

***

Amal Group

İnşaat mühəndisi

Vəzifələr:

- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi,
- İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması,
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi,
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi,
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi,
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi,
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi,
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi.

Tələblər:

- Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu),
- Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (inglis dili arzuolunandır),
- Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi,
- Müvafiq sahə üzrə kompyuter proqram və ofis proqram bilikləri (World, Excel, AutoCAD),
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Digər məlumat:

• Beş günlük iş qrafiki. Ehtiyyac olduqda altı.
• Əmək haqqı: danışığa əsasən

E-mail: career@amalgroup.az

***

Akkord Nəqliyyat

Vakansiya: Usta (çilingər)
Müəssisənin adı: “Akkord Nəqliyyat” MMC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri və Qazax rayonu

Namizədə dair tələblər:

• İxtisası üzrə orta və ya texniki peşə təhsil (arzuolunan);
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;

Əsas vəzifə öhdəlikləri:

• Avtonəqliyyat vasitələrinin (yük avtomobilləri) əsaslı, cari və profilaktik təmirinin həyata keçirilməsində usta (çilingər) kimi iştirak etmək, əsaslı və/və ya cari təmirdən /profilaktik işlərdən çıxmış nəqliyyat vasitəsinin keyfiyyətinin yoxlanılmasında, təhvil verilməsində iştirak etmək;
• Təmirə dayanmış avtonəqliyyat vasitələrinin nasaz olan ehtiyyat hissələrinin sökülməsini, əvəzinə yenisinin quraşdırılmasını, bərkitmə işlərinin aparılmasını və digər bu kimi işlərin həyata keçirməyi
• Bilavasitə birbaşa rəhbərinin digər göstərişlərini öz səlahiyyəti çərçivəsində keyfiyyətlə və vaxtı-vaxtında yerinə yetirməyi.

E-mail : cv@akkord.az

Mövzu hissəsində "Usta çilingər" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

***

Karvan-L

Texnoloji avadanlıqlar üzrə Operator tələb olunur.

Karvan-L MMC-nin Şüşə sahəsi Beynəlxalq standartlara və günün tələblərinə cavab verən avadanlıqlarla təchiz edilmişdir.

İş barədə məlumat:

- Texniki və bəzi başqa xüsusi növ şüşə kəsən dəzgahlarda işləmək bacarığı,
- Hər növ şüşə məmulatlarının kəsimi, üzlənməsi, qumlanması, paketlənməsi, komplektləşdirilməsi, laminasiyası, şüşə üzərində vinilin kəsilməsi.
- Lay şüşələrin kəsilərək müxtəlif formalarda istehsal edilməsi,

Namizədə tələblər:

- Cinsi: Kişi
- Yaş: 30-50
- Şüşə sahəsindən işləmək bacarığı
- İş təcrübəsi: ən azı 5 il
- Operativ və nizam-intizamlı olmaq,
- Məsuliyyətli və komandada işləmək bacarığı.

İş qrafiki:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.

Ünvan: Bakı şəh. Babək pr.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Operator" yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

***

Vəzifə- Dispetçer

Uber Taxi Park

• İş vaxtı: 09:30-18:30
• İş günü: Bazarertəsi – Şənbə günü
• İş yeri : Ag şəhər

• İş şəraiti: AR qanunvericiliyinə uyğun şəkildə iş qeydiyyatı aparılır Əmək Haqqı (350 azn)
• Zənglərin cavablandırılması və edilməsi
• Sürücünün maraq qismində olan bütün sualların cavablandırılması
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• Azərbaycan dillini yaxşı səviyyədə bilmək
• İş təcrübəsi:Arzuolunandir
• Səlis danışıq qabiliyyəti
• Məsuliyyətli və diqqətli olmaq
• Ünsiyyət bacarığı

E-mail-Uberpark@bk.ru

***

Akkord Nəqliyyat

 

Vakansiya: Təsərrüfat müdiri

Müəssisənin adı: “Akkord Nəqliyyat” MMC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri və Qazax rayonu

Namizədə dair tələblər:

• İxtisası üzrə ali təhsil;
• Minimum 3-4 il müvafiq sahədə iş təcrübəsi;
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Kompüter bilikləri: Ofis proqramlar;

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin təsərrüfat işlərinə rəhbərlik etmək;
• Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, avtonəqliyyat parkının, ofis otaqlarının həyətinin təmiz saxlanılmasını təmin etmək;
• Cəmiyyətə məxsus ərazidəki korpuslarda baş verə biləcək kommunal nasazlıqların vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını təmin etmək;
• Təsərrüfat işləri üzrə üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar

E-mail : cv@akkord.az

Mövzu hissəsində "Təsərrüfat müdiri" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department