ENA+

ABŞ Çinlə texniki qarşıdurmaya 250 mlyard ayıracaq

ABŞ Senatı texnologiyalar sahəsində Çinlə rəqabət aparmaq qabiliyyətini yaxşılaşdırmaq üçün 250 milyard dollar vəsait ayıracaq.

ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

Qeyd edildiyi kimi, plan çiplərin və telekommunikasiya avadanlıqlarının inkişafı və istehsalı üçün 54 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu məbləğdən 2 milyard dollar elektrikli avtomobillər üçün çip istehsalına xərclənəcək.

ABŞ prezidenti Con Bayden Senatın qərarını dəstəkləyib. “Başqa ölkələr öz araşdırma və inkişaflarına investisiya qoymağa davam edərkən geridə qalmaq riskinə məruz qala bilmərik. Amerika yer üzündə ən yenilikçi və məhsuldar ölkə olaraq qalmalıdır”, – deyə Bayden əlavə edib.

Qanun layihəsinin qəbul edilməsini 68 senator dəstəkləyib, 32-si isə əleyhinə səs verib. Layihənin Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)