Statuslar

Azərbaycanda da pensiyaçının bankı özü seçmək hüququ olmalıdır

Gürcüstan hökumətilə "Liberty bank" arasında bağlanan müqaviləyə əsasən son 5 ildə vətəndaşların pensiyalarının ödənilməsi bu bank vasitəsilə həyata keçirilib.

Artıq müqavilənin vaxtı bitir və hökumət bəyan edib ki, yenidən bank seçimi üçün müqavilə olmayacaq. Hər bir pensiyaçı özünə bank seçməkdə tam sərbəstdir.

Bu təşəbbüs bizdə də təcili olaraq gerçəkləşdirilməlidir. Əmək haqqı, pensiya, eləcə də hər cür sosial müavinətlərin ödənilməsi üzrə xidməti göstərən bankları müştərilər özləri sərbəst seçmək hüququna sahib olmalıdır. Bu vəziyyət bankları rəqabət üçün, eləcə də müştəri uğrunda mübarizdə çeşidli xidmətlər və bank məhsulları təklif etməyə stimullaşdıracaq.

Eyni qaydada xəzinə hesablarına xidmət də müsabiqə vasitəsilə olmalıdır. Bu hesablara xidmət üçün banklara qarşı meyarlar müəyyən edilməli, açıq müsabiqədə həmin meyarları ödəyə bilən banklar xəzinə hesablarına xidmət etmək haqqı qazanmalıdırlar.

Büdcədən bank xidmətlərinə xərclənən vəsaitlərin həcmi 10 milyon manatlarla ölçülür.

Hansısa bankların bu hüququ qeyri-şəffaf mühitdə, rəqabət olmadan imtiyaz olaraq qazanması bank xidmətləri bazarındı haqsız rəqbət yaradır. Nirmal bazar institutlarının və antiinhisar mexanizmlərinin işlədiyi ölkələrdə belə vəziyyətə dərhal müdaxilə edilir.

Rövşən Ağayev
iqtisadçı-ekspert 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department