Bank

Əməliyyatı zərərlə bağlayıb, yekunda gəlir açıqlayan banklar hansılardır? - CƏDVƏL

Bankların rüb ərzində fəaliyyətlərinin əsas göstəricilərindən biri “Əməliyyat mənfəəti”dir. Bəzi banklar rübü əməliyyat zərəri başa vurduqları halda yekunda qazanc açıqlayır və bəziləri isə müsbət əməliyyat mənfəəti açıqladıqları halda, yekunda zərər göstərirlər. Yekun zərəri əsas götürən “araşdırmaçılar” isə “filan bank batdı” deyə başlıqlarla əslində həmin bankların imicinə böyük zərbə vururlar. Əslində bu məsələlərdə bankları da tam günahsız hesab etmək olmaz, çünki ehtiyat faizləri ilə “oynamaq” və s. kimi “düzəlişlər” hələ də hesabatların tam dürüst olduğuna şübhə yaradır.

ENA.az olaraq bankların bu ilin yanvar-mart ayları ərzində əməliyyat prosesindən qazancının nə qədər olduğunu hesabladıq.

Bunun üçün

əməliyyat mənfəəti = cəmi gəlirlər-cəmi xərclər

və  ehtiyatlara ayırmaların və ya ehtiyatlardan qayıdan vəsaitin həcmini qarşılaşdırdıq.  Xatırladaq ki, 2021-ci ilin birinci rübündə yalnız Yapı Kredi Bank Azərbaycan və Pakistan Milli Bankının Azərbaycan filialı zərər açıqlayıb. Qalan 24 bank isə yekunda mənfəət göstərib.

Əməliyyat mənfəətinə gəldikdə isə 4 bank bu kateqoriyada zərər açıqlayıb.

Beləliklə cədvəl göstərir ki, 6 bankda ehtiyatlardan qayıtmalar olub. Bunun da nəticəsində banklardan 4-ü yekunda mənfəət açıqlayıblar.

Ehtiyatlardan qayıtmalar olan banklar bunlardır: Access Bank, Yelo Bank, Bank BTB, AFB Bank, Bank VTB Azərbaycan, Premium Bank. Xüsusilə qeyd etmək olar ki, Premium Bank və Yelo Bank kredit portfellərini daha çox yaxşılaşdırdıqlarından kreditlər üzrə ehtiyata ayırmalardan müvafiq olaraq 6 milyon və 4 milyon manatı geri qaytarıblar.

 

Sırası

 

Bankların adı

Əməliyyat mənfəətinin həcmi, 2021-ci il, I rüb, min manatla

 

Xüsusi ehtiyyata ayırmalarının  həcmi, 2021-ci il, I rüb, min manatla

Mənfəət/Zərər

 

2021-ci il, I rüb, min manatla

1

Azərbaycan Beynəlxalq Bankı

63 909

22 514

32 395

2

Unibank

4117

3 525

591

3

Rabitəbank

6046

2 552

3 495

4

Access Bank

-757

-892

135

5

Muğan Bank

1652

99

1 593

6

Bank of Baku

4185

715

4 110

7

Günay Bank

1400

521

879

8

Bank Avrasiya

1 704

1 354

351

9

Yelo Bank

980

- 4 691

5 670

10

Bank Respublika

1573

1 303

2 877

11

Ziraat Bank

1 485

1 750

492

12

Xalq Bank

8 170

2 002

4 712

13

Express Bank

3158

587

3 129

14

Naxçıvan Bank

2 673

433

2 240

15

Azər-Türk Bank

632

112

520

16

Kapital Bank

90638

21 195

55 535

17

Bank BTB

59

- 306

365

18

AFB Bank

2997

-1 428

4 425

19

Azərbaycan Sənaye Bankı

671

155

416

20

PAŞA Bank

36 352

12 222

18 786

21

Yapı Kredi Bank

1822

1 835

-122

22

Bank VTB Azərbaycan

-631

-1247

179

23

Turan Bank

116

11

105

24

Pakistan Milli Bankının Bakı filialı

-79

10

-70

25

İran Milli Bankının Bakı filialı

632

18

614

26

Premium Bank

 -662

-6 006

5 345

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department