Hadisə

SOCAR-ın Gürcüstandakı “zapravka”sına silahlı hücum - Video

SOCAR-ın Gürcüstandakı “zapravka”sına basqın edən şəxs saxlanılıb.

“ENA” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat paylaşıb.

O bildirib ki, Gürcüstanın Ozurgeti şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum edən şəxs kassa aparatını aça bilməyib: “Yalnız 100 lari götürməyə nail olub. Şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)