Aktiv bitkoin hesablarının yarısı "yox oldu"
Aktiv bitkoin hesablarının sayının 15 Aprel zirvəsindən sonra 47% azaldığını göstərir. ENA.az xəbər verir ki, Blokçeynin analitikası ilə məşğul olan Glassnode şirkətinin açıqlamasına görə, aktiv bitkoin adreslərinin sayı 15 apreldə 1.36 milyon pik səviyyəsində idi, bazar günü isə 47% azalaraq 716.000-ə düşdü.
Aktiv bitkoin adreslərinin sayı, blokçeyn əməliyyatlarının səviyyəsi hazırda bazar tələbinin əlaməti olaraq qəbul edilir.
2017-ci ildə, bitkoinin qiyməti 16 dekabr tarixində 19 min 587 dollardan yuxarı idi və 5 fevral 2018-ci ildə 6 min 900 dolların altına düşdükdə də aktiv hesabların sayı da 1,284 milyon səviyyəsindən 528 minə düşmüşdü.
Glassnode-un həftəlik hesabatında deyilir: "Xüsusilə bu həftə, zəncirvari tələbdəki artım xeyli geriləmə göstərdi və bir sıra zəncirvari ölçümlər əhəmiyyətli geriləmələr göstərdi".
Elon Musk-ın bitkoinə qarşı mövqeyini tamamilə dəyişdirməsi, bitcoinin perspektivlərinə də zərər vermiş ola bilər. Musk, keçən həftə Twitter-ə ürək ağrıyan bir emoji göndərməklə bitkoin ilə potensial bir parçalanma olduğuna işarə etdi.
Tesla CEO-sunun son bitkoin şərhləri, cümə günü "hacktivist" Anonymous qrupunun qəzəbinə təş gəldi. Qrup, Muskı kripto-valyutaları "davamlı troll" etdiyi üçün hədəfə alan video yayımladı.