Bakıda avtobusların hərəkətinə edilən dəyişikliklər aradan qaldırıldı
İyunun 8-dən paytaxtda avtobusların hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişikliklər aradan qaldırılıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət ləğv olunub. Bu gündən 1,2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar əvvəlki sxemə əsasən sərnişindaşıma fəaliyyəti göstərəcək.