Sosial iqtisadiyyat

Agentlik məktəbəqədər təhsil müəssisələrində yoxlamalar aparacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılacaq.

ENA.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department