Dövlət Gömrük Komitəsi 5 ayda büdcə öhdəliyinə 114% əməl edib
![](https://ena.az/uploads/news/2021-06/_ena_28f3548988d056f5ae13d3d77_o.jpg)
Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 114,2% əməl edib.
"ENA" xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev "Tvitter" sosial şəbəkəsindəki hesabında bildirib.
"Nəzərdə tutulan proqnozdan əlavə 206,3 milyon manat vəsaitin toplanılaraq büdcəyə köçürülməsi təmin olunub" - deyə o, qeyd edib.