Hadisə

Keçmiş deputat Ədliyyə Nazirliyini məhkəməyə verdi

Keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli Ədliyyə Nazirliyini məhkəməyə verib. 

ENA.az xəbər verir ki, bu barədə Nazim Bəydəmirlinin özü məlumat verib. 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyini məhkəməyə verməsinin səbəbi "Bəydəmirli Xeyriyyə Fondu"nun dövlət qeydiyyatına alınmamasıdır.

“Baxaq görək hakimlərin və məhkəmələrin asılı olduğu bir quruma qarşı iddiamızı təmin etməyə bir cürəti olan hakim tapılacaqmı? Ədliyyə Nazirliyi hüququ qorumalı halda hüquqları özü pozmaqla məşğuldur və onun belə idarə edilməsi Azərbaycana ancaq utanc gətirir, dəyişdirilməlidir”, - deyə keçmiş deputat bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)