Qarabağ

Zəngəzur dəhlizi reallaşır - Rusiyalı sərhədçilər Mehri və Qafanda YERLƏŞDİRİLƏCƏK

Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanda yeni məntəqələr yaradacaq.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün hökumətin iclası zamanı Rusiya tərəfinə Mehri, Qafan və Gorus rayonunun Tex kəndində topraq sahələrinini verilməsi barədə qərar qəbul olunub.

Həmin ərazilərdə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yerləşdirilməsi planlaşdırılır.

Sərhədçilərin Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil və dəmir yolu xəttinin Zəngəzurdan keçən hissəsində təhlükəsizliyi təmin edəcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)