BİZNES

“Holcim Azerbaijan” səhmdarlarına 2 illik dividend ödəyəcək

İyulun 30-da, saat 10:00-da “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“ENA” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ("Hyatt Regency" iş mərkəzi) ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, hər iki ilin maliyyə nəticələri üzrə dividend ödənilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi, nizamnamə kapitalına və bununla bağlı nizamnaməyə əlavə - dəyişikliklərin təsdiq olunması, “Holcim Technology" şirkəti ilə imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, “Lafarge Holcim" şirkəti ilə imzalanacaq Brend Müqaviləsinin, “Holcim Auslandbeteiligungs GMBH” şirkəti ilə imzalanacaq borc müqaviləsinin təsdiq edilməsi, müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”nin “LafargeHolcim İnternational Finance” şirkəti ilə əvəz edilməsi məsələləri daxildir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)