ENA+

Özbəkistan Qazaxıstana torpaq verdi

Özbəkistanın Gülüstan vilayətinin Bağıs və Xiyaban kəndləri qonşu Qazaxıstanın Türküstan vilayətinin Sarıağac dairəsinə birləşdirilib.

“ENA” “Khabar 24”-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı razılaşma nəticədə Qazaxıstan ərazisini 796 ha artırıb. Yerli idarəetmə qurumları bununla bağlı - sərhədin dəyişdirilməsinə dair təkliflərini Qazaxıstan hökumətinə təqdim ediblər.

Qeyd edək ki, adıçəkilən kəndlərdə əhalinin yarısı Qazaxıstan, yarısı isə Özbəkistan vətəndaşıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)