“AccessBank” “SME Bankçılıq Yay Məktəbi”nə start verir
“AccessBank” bankçılıq üzrə iş təcrübəsi olmayan, Kiçik və Orta Biznes (SME) sahəsi üzrə karyera qurmaq istəyən universitet məzunları üçün “SME Bankçılıq Yay Məktəbi” layihəsinə start verir.
Layihənin əsas məqsədi gəncləri KOB (SME) sektoruna cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.
“SME Bankçılıq Yay Məktəbi” namizədlərə maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər verməklə yanaşı, həm də gələcəkdə onlara yerli Avropa Bankının komandasının üzvü olmaq şansı da yaradır.
Layihəyə qatılmaq üçün tələblər:
- İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr/Magistr səviyyəsi üzrə yeni məzunlar
- Dil bilikləri: azərbaycan dili – səlis, rus və ya inglis dili biliyinin olması üstünlükdür.
- Liderlik, məsuliyyətlilik və detallara qarşı diqqətlilik
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı
“SME Bankçılıq Yay Məktəbi” layihəsində iştirak etmək istəyən namizədlər 07 iyun 2021-ci il tarixinədək bu linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:
Namizədlərdən suallardan birinin video formatda olmasını nəzərə almaları xahiş olunur.
İlkin seçim mərhələsindən keçmiş namizədlərə elektron məktub və SMS vasitəsilə bu barədə məlumat veriləcək. Hər kəsə uğurlar!
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.
Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.