Yeni hərbi hissələrin tikintisinə xərclənən vəsait açıqlanıb
2020-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ölkənin müdafiə, məhkəmə, hüquq-mühafizə, prokurorluq və digər sahələri üzrə yeni hərbi hissələrin, cəzaçəkmə müəssisələrinin, inzibati binaların, sosial obyektlərin tikintisinə və əsaslı təmirinə, xüsusi gömrük avadanlığının alınmasına və digər zəruri işlərin maliyyələşdirilməsinə 750, 9 milyon manat vəsait yönəldilib.
“ENA” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.