“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib
“Fitch" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib.
"ENA" bu barədə Fonda istinadən xəbər verir.
Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.
“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.
“Fitch" 2009-cu ildən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.