“Bakı Metropoliteni”: İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
“Hazırda metronun “Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq”, – deyə o, qeyd edib.