Dünyanın ən bahalı futbol brendləri bəlli oldu
Dünyanın ən bahalı futbol brendlərinin 2021-ci il üçün yeni siyahısı açıqlanıb.
"ENA" xəbər verir ki, bu barədə "Brand Finance" məlumat yayıb.
İspaniyanın "Real Madrid" klubu 1,276 milyard avro ilə birinci olub. Ölkənin digər klubu "Barselona" (1,266 milyard avro) ikinci, İngiltərə "Mançester Yunayted"i (1,130 milyard avro) üçüncü yeri tutub.
İlk "10-luğ"a İngiltərənin "Mançester Siti" (1,118 milyard avro), Almaniyanın "Bavariya" (1,068 milyard avro), İngiltərənin "Liverpul" (973 milyon avro), Fransanın PSJ (887 milyon avro) və İngiltərənin "Çelsi" (769 milyon avro), "Tottenhem" (723 milyon avro), "Arsenal" (675 milyon avro) klubları qərarlaşıb.