Vakansiyalar

Blue Planet Distribution işçilər axtarır - VAKANSİYA

Gənclik Mall, Port Baku Mall, 28 Mall və Dəniz Mall ticarət mərkəzlərində yerləşən Go Sport, Courir, Skechers, Nike idman mağazalarına aşağıda sadalanan vəzifələrə açıq vakansiya elan olunur:

1. Mağaza meneceri assistenti
2. Satıçı-məsləhətçi
3. Kassir
4. Anbardar
5. Nəzarətçi

Tələblər:

• Bu vəzifədə 1 il təcrübəsi olan
• Rus və ingilis dilindən anlayışı olan
• Ünsiyyətcil
• Özünə inamlı
• İdman sahəsində anlayışı olmalıdır
• Komanda üzvləri ilə çalışmaq, ruhlandırmaq, yeniliklər birlikdə yaratmaq

İş şəraiti:

• Əmək haqqı + %.
• İş vaxtı növbəli, 6 günlük iş
• İstirahət həftədə 1 dəfə.

Əlavə məlumatlar:

• Təcrübəli təlimçi tərəfindən təlimin aparılması
• Sertifikatın verilməsi (imtahanı keçdiyi halda)
• Beynəlxalq brendlər üzrə təcrübə əldə edilməsi

Bizim komandaya qoşulmaq istəyənlər, elektron məktubunuzda “mövzu” sətrində vakansiyanı qeyd etməklə, CV-zi hr@blueplanet.az elektron ünvanına göndərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department