Bank

Əmanətləri kəskin azalan BANKLAR- RENKİNQ

Azərbaycandakı 26 bankdan 14-də depozitlərin (əmanət) azalması prosesi davam edib. Pul satmaqla pul qazanan bankların əsas vəsait mənbəyi olan depozit portfelinin həcmi mühüm göstəricilərdən biri olduğundan ENA.az renkinqi təqdim edir.

Dinamikaya baxsaq, xüsusən də hüquqi şəxslərin hesablarındakı azalmada iqtisadi fəallığın zəifləməsi, dövriyyə vəsaitinə yaranan ehtiyac ucbatından depozitlərin əriməsi və bağlanan 4 bankda şirkətlərin qalan pullarının batması əsas səbəblərdir.

Beləliklə, depozit portfelinin əriməsi tendensiyası üzrə ən kəskin fərq AFB Bankda yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə depozitlərin həcmi -75,5% azalaraq 93 milyon 571 min manata düşüb. Ümumiyyətlə bu bankda hesabların əriməsi prosesi artıq uzun müddətdir ki, davam edir. Mənfi tendensiya göstərən “Yelo Bank” isə bankın depozit siyasətinin dəyişdiyini və xarici valyuta üzrə faizlərin aşağı salındığını açıqlayıb. Buna görə də xarici valyutada əmanətlərin geri çəkilməsi müşahidə edilir.

Maraqlı məqamlardan biri odur ki, depozit portfelinin artımında İran Milli Bankının Bakı filialı və Ziraat Bank öndədir. Bu isə İran və Türkiyə ilə aparılan idxal-ixrac əməliyyatlarının həcminin son dövrlərdə artması ilə əlaqədardır.

 

26 bankın depozit portfeli üzrə - Renkinq sıralaması

Xatırladaq ki, əmanətlərin sığortalanan hissəsinin yuxarı limiti artırılaraq 100 min manat olub. Hökumətin açıqlamasına görə, bugün banka yerləşdirilən əmanətlərin təxminən 99 faizi 100 min manata qədər olan əmanətlərdir və qanun da həmin əmanətlərin tam sığortalayır.

Bağlanan banklarla bağlı proseslər göstərdi ki, əksər hallarda sahibkarlıq subyektləri üçün çox ciddi itkilərə gətirib çıxarır. Xüsusilə də kiçik sahibkarlıq subyektlərinin müvafiq maliyyə itkiləri qarşısında likvidlik problemləri yaranır. Bunu da qismən həll etmək üçün iyirmi min manata qədər depozitlərin sığortalanması mexanizmi formalaşdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department