Ərzaq son 6 ilin ən yüksək həddinədək bahalaşdı
Artıq 11 aydır artmaqda davam edən ərzaq qiymətləri indeksi aprel ayında daha 1,7 faiz yüksələrək 120,9 bəndə çatıb ki, bu da 2014-cü ilin may ayından bəri ən yüksək həddir.
“ENA” xəbər verir ki, FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) mətbuata açıqlamasına görə, bu artımı şərtləndirən başlıca amillər ay ərzində dənli bitkilər indeksinin 1,2 faiz artaraq 125,1 bəndə, şəkərin 3,9 faiz artaraq 100 bəndə, bitki yağının 1,8 faiz artaraq 162 bəndə, ağartı məhsullarının 1,2 faiz artaraq 118,9 bəndə, ətin indeksinin 1,7 faiz artaraq 101,8 bəndədək yüksəlməsidir.
Qeyd olunur ki, dənli bitkilərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 25,6 bənd, yəni 26 faiz, ağartı məhsullarında isə müvafiq olaraq 24,1 faiz artıq olub.