Hesabatlar

NRYTN mənfəətdən zərərə keçibhes

Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) 65 mln 598 min 135,31 manat gəlir əldə edib ki, bu da 2019-cu illə müqayisədə 874 min 151,08 manat yaxud 1,35 % çoxdur.

“ENA” Nazirliyin maliyyə hesabatına istinadən xəbər verir ki, NRYTN-nin qeyri-birja əməliyyatlarından gəliri də artıb.

Belə ki, adıçəkilən əməliyyat üzrə gəlirləri 61 mln 361 min 241,31 manat (6,82 % çox), birja əməliyyatlarından gəliri isə 4 mln 236 min 894 manat (33,72 % az) təşkil edib.

Nazirlik 2020-ci ildə sair əməliyyatlardan gəlir əldə etməsə də 2019-cu ildə bu rəqəm 886 min 933,67 manat olub.

Hesabata əassən, NRYTN-nin xərcləri ötən il 1 mln 751 min 090,55 manat yaxud 2,74 % artaraq 65 mln 685 min 262,49 manata çatıb.

Adıçəkilən qurumun əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 5 mln 691 min 257,22 manat (22,69 % çox), maliyyə yardımları və sair transfer xərcləri 59 mln 440 min 123,74 manat (1,63 % çox), sərf edilmiş materialların dəyəri 72 min 792,34 manat (16,04 % çox), amortizasiya xərcləri 104 min 877,72 manat (5,36 % az) və sair əməliyyat xərcləri isə 376 min 211,47 manat (40,88 % az) təşkil edib.

Nazirliyin ötən il üzrə zərəri 87 min 127,18 manat təşkil edib. Halbuki qurum 2019-c ili 789 min 812,29 manat mənfəətlə başa vurmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)