“Şənbə-bazar avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur”
“Pik saatlarda avtobusların sayını çoxaltsaq da, onların hamısı eyni yolu getdiyinə görə sıxlıq yaranacaq. Ona görə də, avtobus sayını yox, yolunu artırmalıyıq”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, hazırda metro bağlı olduğu üçün xəttə nə qədər avtobus çıxarılsa da, sıxlığın qarşısını almaq mümkün deyil.
V. Kərimli həmçinin qeyd edib ki, şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur.