Mars Overseas Baku işçi axtarır - MAAŞ 1500-2100 AZN
Vəzifə: Bölgə müdiri
Ümumi Tələblər:
- Müştəri bazasını təhlil edir;
- “Müştəri-satıcı” anlaşılmazlıqlarını aradan qaldırır;
- Satış təmsilçilərin işinə nəzarət edir və onları idarə edir;
- İşçilərin peşə bacarıqlarını artırmaq üçün müxtəlif innovasiyaları həyata keçirir;
- Sınaq müddətində olan işçiləri təlimatlandırır və onları müstəqil işə hazırlayır;
- Satış təmsilçilərinin işlərini qiymətləndirmək məqsədi ilə müvafiq ölçü meyarları tərtib edir və qiymətləndirməni həyata keçirir;
- Satış təmsilçiləri və merçendayzerlər ilə operativ məlumat mübadiləsi prosesini təşkil edir və həyata keçirir;
- Potensial alıcıların müəyyən edilməsi və qeydiyyatı kimi işləri aparır, onların ehtiyaclarını öyrənir, məhsulların texniki və istehlak xususiyyətləri üzrə məsləhət xidmətləri verir və alıcılar üçün məhsulların təqdimatını təşkil edir;
- Müştərilər üzrə məlumat bazasını aparır;
- Sürücülərin və merçendayzerlərin işlərini koordinasiya edir;
- Malların rəflərdə Şirkətin prinsiplərinə uyğun olaraq düzülüşünə nəzarət edir;
- Satış təmsilçiləri tərəfindən nisyə formada aparılan satışlara nəzarət edir;
- Müştərilərə verilən soyuducuların sayına və hansı müştərilərdə olmasına nəzarət edir, soyuducularda yaranan nasazlıqları müəyyən edir və Rəhbərliyə vaxtlı-vaxtında məlumat verir;
- Müştərilərin alqı-satqı müqavilələr üzrə olan öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməyinə nəzarət edir:
- Onlar tərəfindən yerinə yetirilmədikləri öhdəliklərin səbəblərini müəyyən edir;
- Həmin problemlərin aradan qaldırılmasını və gələcəkdə təkrarlanmamasını təmin edir;
- Rəhbərliyin digər birdəfəlik xidməti tapşırıqlarını yerinə yetirir və bu haqqda Rəhbərliyə hesabat verir.
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1500-2100 AZN
Vəzifə tələbləri:
1. Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi olmalıdır.
2. 24-40 Yaş aralığı
Müraciət üçün career@totalbeverage.group. adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Bölgə müdiri” vəzifəsini qeyd etməyiniz vacibdir.