ENA+

Cənubi Koreya İranın 7 milyard dollarının 30 milyonunu qaytarır

İranın Cənubi Koreya banklarında dondurulan 7 milyard dollarının 30 milyon dolları azad edilib.

Bu barədə İranın ilə Cənubi Koreyanın birgə ticarət palatasının həmsədri hüseyn Təngi deyib. Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq COVID-19 qarşı peyvənd almaq üçün rəsmi Seul 30 milyon dolları azad edib.

Qeyd edək ki, İranın neft satışınından əldə etdiyi 7 milyard dollar ABŞ–ın tətbiq etdiyi sanksiyalara görə Cənubi Koreyanın banklarında dondurulub. Rəsmi Seul İrana məxsus pulların banklarda qaldığını etiraf edir və qaytarmaq istəyində olduğunu bildirir. Lakin buna ABŞ-ın sanksiyalara imkan vermir. Koreya hökuməti İrana görə Vaşinqton ilə münasibətlərinə zərər vurmaq istəmir. Lakin qarşılıqlı razılaşmaya əsasən, hələlik 30 milyon dollar qaytarılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)