Axtar

Çin indi də "Panamera"nın oxşarını yaratdı – QİYMƏT - FOTOLAR

Çinin ən böyük avtomobil istehsalçılaından olan «Great Wall Motors» (GWW) növbəti yeni modellərlə avtomobil aləminin diqqətini cəlb edib.

«Ora Lightning Cat» avtomobili təkcə müasir və şıq elektromobil olmaqla deyil, həm də görünüşünə görə Porshe Panamera-nı xatırlatdığın görə diqqəti cəlb edir.

«Ora Lightning Cat» daha çox «Volkswagen Beetle» və «Porsche Panamera»nın ilkin versiyasının qarışığını xatırladır.

Əslində bunun səbəbi sadədir, çünki son vaxtlar «Ora» modellərini «Porsche»nin keçmiş dizayneri  Emanuel Derta hazırlayır.

Avtomobilin şəkillərində onun həm qarşıdan, həm də yan tərəfdən «Porsche Panamera»nı necə xatırlatdığı aydın görünür.

Avtomobilin içərisi – interyeri də «Porşe» stilində, yəni dəbdəbəli yığılıb. Burada yüksək keyfiyyətli narıncı rəngdə dəri örtük, iki monitor (şaquli və horizontal) var.

Maraqlıdır ki, «Ora Lightning Cat» təkcə görünüşünə görə deyil, sürətinə görə də «Panamera» ilə müqayisəyə gəlir. !00 kilometr/saat sürəti cəmi 3,5 saniyəyə əldə edən avtomobilin bu göstəricisi 550 at gücünə malik olan «Porsche Panamera Turbo»nun göstəricilərinə uyğundur.

Avtomobilin təqribi qiyməti 31 min dollar ətrafındadır. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33