Mərkəzi Bank daha bir investisiya şirkətinə lisenziya verdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.
“ENA” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 11-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir.