Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 5%-ə artırıb.
ENA.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Tənzimləyici qeyd edir ki, bu cür şəraitdə risklər balansı proinflyasiya tərəfinə dəyişir. Mərkəzi Bank 2021-ci il üçün inflyasiya proqnozunu 4.7-5.2%-ə qaldırıb.
Mərkəzi Bank 2021-ci ildə Rusiya iqtisadiyyatının 3.0-4.0% artacağını və ilin ikinci yarısında böhrandan əvvəlki səviyyəyə qayıdacağını proqnoz edib. 2022-2023-cü illərdə ÜDM 2.5-3.5 və 2.0-3.0% artacaq.
Xatırladaq ki, mart iclasından əvvəl Mərkəzi Bank dörd dəfə uçot dərəcəsini 4.25% səviyyəsində saxlayıb. Sonra uçot dərəcəsi 2018-ci ilin sonundan bəri ilk dəfə qaldırılıb. Qərar 2021-ci ildə neytral pul-kredit siyasətinin başlanğıcı kimi açıqlanıb.