Azərbaycan xaricdən ət alışını azaldıb
![](https://ena.az/uploads/news/2021-04/_ena_2bd406de4f75b92d827ae410a_o.jpg)
Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində 8 794 ton ət idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 5,2 milyon ABŞ dolları (26 %) və 2 221 ton (20 %) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib.