3 əczaçılıq şirkəti birləşdi - "ZƏFƏRAN APTEK"LƏRİN SAHİBİ LƏĞV EDİLDİ
Bundan sonra "Zəfəran" apteklər şəbəkəsinə "Azəri Med" şirkəti nəzarət edəcəkdir.
Azərbaycanda 3 əczaçılıq şirkəti birləşib.
"BI" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, "Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək "Azəri Med" MMC-yə qoşulublar.
""Azəri Med" MMC, "Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir",- elanda deyilir.
"Azəri Med" şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.
"Shafran" MMC isə məşhur "Zəfəran" apteklər şəbəkəsinin sahibidir.
"Avestafarm" MMC dərman pərakəndə satışı ilə (apteklər və əczaçılıq) məşğul idi.
Mətbuat "Azeri Med" şirkətinin Cəmil Əliyevə, "Zəfəran" apteklər şəbəkəsinin isə səhiyyə nazirinin müavini Elsevər Ağayevə məxsus olduğunu yazıb.