Bank

Azərbaycanda bəzi bank kartları ilə aparılan əməliyyatlar müvəqqəti məhdudlaşdırılacaq

Göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “AzeriCard” prosessinq mərkəzi sistemi mütəmadi olaraq yeniləyir.

ENA.az xəbər verir ki, mərkəzinin apardığı təkmilləşdirmə işləri ilə əlaqədar 15 aprel saat 01:30 – 06:00 arası bəzi bankların onlayn kart əməliyyatları deaktiv olacaq.

Plastik kartlarla dövriyyədə olan əməliyyatlar göstərilən müddətdə onlayn rejimdə işləməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)