Tenderlər

Azərbaycanda “Elektron əmək birjası”nın yaradılmasına 361 min manat xərclənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi “Elektron əmək birjası” platformasının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Evrodizayn" QSC-dir.

Qalib şirkətə 361 min manat ödəniləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)