MALİYYƏ

Naxçıvanın xarici ticarət dövriyyəsi 12%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR xarici ölkələrlə 79,734 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“ENA” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,3 % çoxdur.

Bu ilin ilk üç ayıında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0,6 % artaraq 53,852 milyon ABŞ dolları, idxalının dəyəri isə 48,2 % artaraq 25,882 milyon ABŞ dolları olub.

Son nəticədə ötən üç ay ərzində xarici ticarətdə 27,970 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 22,4 % azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)