Sığorta

“Rəvan Sığorta”nın öhdəlikləri “A-Qrup Sığorta”ya ötürülüb

Ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin aktiv sığorta müqavilələri üzrə öhdəlikləri "A-Qrup Sığorta" ASC-yə ötürülüb.

Bu barədə bazarı tərk etmiş şirkətdən bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını ötən ay ləğv edib. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department