Axtar

Şimali Koreyanı aclıq gözləyir

Şimali Koreya lideri Kim Çen In ölkədə kütləvi aclıq yaşanacağını elan edib.

ENA.az BBC-yə istinadən xəbər verir ki, Kommunist Partiyasının konfransında çıxış edən In ölkə sakinlərini ağır günlərə hazır olmağa çağırıb.

O, Şimali Koreyadakı hazırkı durumu 1990-cı illərin sonundakı vəziyyətlə müqayisə edib. Həmin vaxt kütləvi aclıq zamanı 10 mindən 3 milyona qədər vətəndaş aclığın qurbanı olmuşdu.

Ölkənin ağır duruma düşməsinin səbəbi kimi koronavirus pandemiyası fonunda əsas ticarət partnyoru Çinlə sərhədlərin bağlanması və beynəlxalq sanksiyalar göstərilir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33