Vakansiyalar

Baku Book Center işçi axtarır - VAKANSİYA

Vəzifənin adı: Satıcı-konsultant
İş yeri : Baku Book Center MMC

Vəzifələr:

• işə gələn zaman rəflərin səliqəsinə baxmaq
• yeni gələn kitabların və digər məhsullarla tanış olmaq
• kitabların təbliğatını bacarmaq
• müştərilərə kitablar haqqında məlumat vermək, atlternativ variantlar təklif etmək

Namizədə tələblər:

• Kitablara marağı olmalı, kitablardan və ədəbiyyatdan anlayışı olan
• Dünyagörüşlü, cəld, komandada işləməyə həvəsli olan gənclər işə müraciət üçün dəvət olunur
• Ünsiyyətcil və gülərüz olmaq
• Məsuliyyətli və nizam-intizamlı olmaq
• Yüksək nitq mədəniyyətinin sahibi olmaq
• Təşəbbüs göstərmə istəyi və bacarığı olmalıdır
• Satış xüsusiyyətlərini və satış psixologiyasını yaxşı bilməlidir
• Xarici dil bilməlidir(Rus dili bilməsi mütləqdir)
• Kitabları mütaliə edən və satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək

Satış təcrübəsi: 2-3 il
Əmək haqqı : 500 azn + bonus
İş qrafiki : Həftədə 6 gün
İş saatı:
Birinci növbə: 10:00 - 19:00
İkinci növbə: 14:30 – 22:00

Maraqlananlar, CV-nizi info@bakubookcenter.az göndərməyiniz xahiş olunur.

Qeyd:Yalnız tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaq.
Sınaq müddəti: 3 həftə(Sınaq müddətində ödəniş olunmur)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department