Vakansiyalar

Agro-West işçi axtarır - VAKANSİYA

Vakansiya: Təchizat Mütəxəssisi
Cins: Kişi
Əmək haqqı: 1000 azn

Vəzifələri :

1. Təchizat üzrə mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
2. Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək;
3. Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
4. Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
5. Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
6. Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
7. Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;
8. Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
9. Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.

Namizədə qarşı tələblər:

- Ali iqtisadi və ya texniki təhsilin olması;
- İnkişaf etmiş texniki və kommersiya biliyi;
- Müvafiq sahədə iş təcrübəsinin 2 ildən artıq olması;
- Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması;
- Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarının, ingilis dili səviyyəsinin yaxşı olması;
- Müqavilələrlə iş təcrübəsinin olması;
- Təzyiq altında işləmək bacarığının olması.

E-mail: hr@agrowestdc.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department