Neftə tələbat hələ 10 il artacaq - PROQNOZ
Dünyada neftə tələbat bundan sonra hələ 10 il ərzində artmağa davam edəcək.
“ENA” “Hellenicshippingnews”ə istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük müstəqil neft və enerji ticarəti şirkəti “Vitol”dan bildiriblər.
Belə ki, bu ilin ikinci yarısında əksər sahələrdə dirçəliş gözlənilir, hərçənd təyyarə yanacağına dair vəziyyət hələ də müəmmalı olaraq qalır. Uzun perspektivdə isə LNG, LPG, təbii qaz kimi daha ekoloji təmiz yanacaq növlərinə tələbat və müvafiq olaraq az karbonlu enerji istehsal edən qurğuların sayı artacaq.
Qeyd edək ki, 2020-ci ildə “Vitol” şirkətinin neft və neft məhsulları satışları koronavirus pandemiyasının fəsadları üzündən gündəlik 8 milyon bareldən 7,1 milyon barelədək, yəni 11 faiz azalıb.