ENA+

Ərdoğan Avropa İttifaqının rəhbərləri ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa İttifaqı komissiyasının sədri Ursula von der Leyeni qəbul edib.

“ENA” xəbər verir ki, görüş paytaxt Ankarada keçirilib.

Tərəflər Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səyahət etməsi, Gömrük Birliyi anlaşmasının yenilənməsi kimi məsələləri müzakirə ediblər.

Bundan başqa, görüşdə regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)