MALİYYƏ

Azərbaycanda ən az nöqsan qeydə alınan qurumlar - SİYAHI

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

Məlumata görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən az nöqsan 2 halla Milli Onkologiya Mərkəzində qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə 3 halla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), 5 halla isə Milli MəclisKiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)