Bank

"Həmin kreditlərin 80%-i problemlidir"

“Kredit portfelimizin 13%-i Kredit İttifaqlarında yerləşdirilib. Ancaq əfsuslar olsun ki, ittifaqdan verilmiş kreditlərin 80%-i problemlidir”. 

"BI" xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələr və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev mətbuat konfransında deyib. Xidmət rəisi qeyd edib ki, burada əsas problemlər ondan ibarətdir ki, problemli kreditlərlə iş, yığım üçün kadr çatışmazlığı var və özlərini hüquqi baxımdan tam müdafiə edə bilmirlər:

“Biz bank seçən zaman baxırıq ki, onlarda kredit təhlili olsun, yığım və kredit mexanizmi düzgün işləsin. Təəssüflər, hətta bəzi banklarda belə hazırda kreditlərin monitorinqi mexanizmində çatışmazlıqlar var. Çalışırıq ki, bu problemi yaxın gələcək üçün həll edə bilək. Hazırda aktiv 80 milyonun üzərində bir kredit portfeli var və onlardan 30 milyonu problemlidir. Bunların da əksəriyyəti lisenziyası ləğv olunmuş banklardadır, 29 milyon manat. Ən böyük məbləğ isə “Gəncə Bank”dadır”.

Xidmət rəisi onu da vurğulayıb ki, qurumun gələcək fəaliyyəti üçün ən əsas hədəflərdən biri maliyyə savadlılığının artırılmasıdır. Elə hallar olur ki, valideynləri kənd təsərrüfatı ilə məşğul olan şəxslər bizə müraciət edir və kredit istəyirlər. Daha sonra müəyyən olunur ki, bu məbləğ fermer sahəsinə yox, başqa istiqamətdə istifadə olunacaq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)