Sosial iqtisadiyyat

Kreml: "NATO Ukraynaya hərbçilərini yerləşdirsə, lazımi tədbirləri görəcəyik"

Ukraynanın şərqindəki təmas xəttində iki tərəf arasında vəziyyət qorxuducudur.

“ENA” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında qeyd olunub.

“NATO hərbçilərini Ukraynada yerləşdirərsə, lazımi tədbirləri görəcəyik. Kiyevin Ukraynaya NATO hərbçilərini yerləşdirməsinə dair açıqlaması qəbuledilməzdir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri aprelin 2-də Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə bağlı toplantı keçirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)